Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Trampla yaxın zamanda görüşəcəyini bildirib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla yaxın zaman görüşün keçirilməsinə dair razılaşdığını bildirib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bu barədə Ərdoğan ABŞ-ın CNN telekanalına müsahibəsində bildirib.

“Əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün təkbətək görüşün keçirilməsinin vacib olduğunu qeyd edib. Ərdoğan müvafiq razılaşmanın əldə olunduğunu vurğulayıb: “Biz yaxın zamanda görüşəcəyimizə dair razılığa gəldik”.

Yeniçağ.Az

www.yenicag.az

368