Ərdoğan Türkiyənin ilk hipersəsli ballistik raketinə imza atdı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lalahanda keçirilən “ROKETSAN İstehsalat Obyektlərinin Açılışı, Kütləvi İstehsal Təslimatı və Təməlqoyma Mərasimi”ndə iştirak edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Obyektlərə baxış zamanı Ərdoğan “ROKETSAN”ın baş direktoru Murat İkincidən obyektlər və əməliyyatlar haqqında məlumat alıb.

“ROKETSAN”ın istehsal etdiyi məhsulların qarşısında xatirə şəkli çəkdirən Ərdoğan “Tayfun Blok-4” raketinə imza atıb.

Qeyd edək ki, “Tayfun Blok-4” Türkiyənin ilk hipersəsli ballistik raketidir. Raketin uzunluğu 10 metr, çəkisi 7.2 tondur.

Silah 3 min kilometrədək məsafəni hədəf almaq gücünə malikdir./Qafqazinfo/

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05