Ərdoğan və Putin qapalı rejimdə danışıqlar apardı

media-hightechnic-468x90

img1834426Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Bakıda danışıqlar aparıblar. Yenicag.az musavat-a istinadən xəbər verir ki, danışıqlar qapalı rejimdə, mediasız keçib.

Rusiya tərəfdən danışıqlarda prezidentin köməkçisi Yuru Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Sergey Kiriyenko və “Qazprom”un başçısı Aleksey Miller iştirak ediblər.

Danışıqların yekunu haqda hələlik məlumat verilmir. Görüş ərəfəsində media üçün çəkiliş zamanı Ərdoğan I Avropa Yay Oyunlarının açılışına Avropa Birliyi liderlərindən heç kəsin gəlmədiyini qeyd edib.

Öz növbəsində Putin bildirib ki, “Türkiyə Avropa Birliyi üzvlüyünə namizəd olduğu üçün bütün Avropa Birliyini təmsil edib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600