Ərdoğan və Stoltenberq Qəzzadakı vəziyyəti müzakirə etdilər

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Qəzzada son vəziyyəti, insan haqlarının pozulmasının qarşısını almaq üçün görüləcək işləri və humanitar yardımların mülki vətəndaşlara fasiləsiz çatdırılmasını müzakirə ediblər.

“Prezident Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin münasibətinin Qəzzada insan haqları pozuntularını artırdığını, ölkələrin İsraili dayandırmaq üçün səy göstərməməsinin ağır nəticələrə gətirib çıxaracağını, Qərbin və dünya ictimaiyyətinin göz önüdə baş verən və görməzlikdən gəlinən insani faciələrə ən qısa zamanda son qoyulması üçün hərəkətə keçməyin vacibliyini vurğulayıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa