ABŞ-ın mühafizəkar düşüncə mərkəzlərindən olan “American Enterprise Institute”nin (AEI) ju rnalında yazılan yazı Türkiyədə etirazla qarşılaşdı. Sabiq Pentaqon yetkilisi Mixail Rubin həmin yazısında Türkiyədə çevriliş olma ehtimalından yazdı.
Türkiyədə çevriliş olacağı durumda ABŞ-ın hakimiyyəti ələ keçirən ilə çalışacağını bildirən Rubin türk ordusunun iqtidar çevrilişi edib, Ərdoğanı həbs edəcəyi ehtimalından yazıb. Onun fikrincə, seçki ərəfəsində olan Obama ən yaxşı halda çevriliş edəcək qüvvəni tənqid edəcək və sonra heç nə olmamış kimi davam edəcək.
Ərdoğanın Muhamməd Mursi kimi demokratik vizyona sahib olmadığını yazan Rubin, ABŞ prezidentliyinə namizədlərin də sözdə çevrilişi pisləsələr də, yeni rejimlə birlikdə çalışacaqlarını bildirib.
Qeyd edək ki, Ərdoğana qarşı çevriliş olması ehtimalının gündəmə gətirilməsi yeni deyil. Bundan öncə də, ABŞ-ın iki sabiq Türkiyə səfiri Ərdoğanı ya istədikləri islahatları gerçəkləşdirməyə ya da istefa verməyə dəvət etmişdi. Onlara cavab verən Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın “Özünü müstəmləkə əfəndisi sayanlar, Türkiyəyə təlimat verdiyiniz günlər arxada qaldı” demişdi.
Yenicag.az