!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Amerikaya “S-400” mesajı: “Patriot” istədik, satmadınız...”

!Reklam – Yazi

Türkiyə prezideni Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin vilayət təşkilatları rəhbərlərinin toplantısında mühüm bəyanatlar verib.

Yenicag.az xəbər verir ki, toplantıda çıxış edən Rəcəb Tayyib Ərdoğan “F-35” və “S-400” məsələlərinə də toxunub.

O, Türkiyəni “küncə sıxışdırmaq istəyən” ABŞ rəhbərliyinə sərt mesajlar ünvanlayıb:

“2020-ci ilin aprel ayından etibarən, aktiv şəkildə “S-400”-lərdən istifadə edəcəyik. Bu gün Suriyada xarici qüvvələrə güvənərək, həddini aşıb özbaşınalıq edənlər sabah ya torpağın altına girəcək, ya da zillətə razı olacaqlar. Amerika Konqresinə səslənirəm, Obama zamanında “Patriot” sistemləri almaq istədik, vermədiniz. İndi də mane olmağa çalışırsınız. Kim verəcəksə, ondan aılacağıq. Əli-qolu bağlı dura bilmərik. Bura Türkiyə Cumhuriyyətidir!”

Aqil Bəkir

www.yenicag.az

1009
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv