!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Azərbaycana daha bir JEST: Əhməd Cavadın şeirini səsləndirdi - VİDEO

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan şairi Əhməd  Cavadın “Ey Əsgər” şeirini səsləndirib.

Xatırladaq ki, Ərdoğanın Bakıda keçirilən Zəfər Paradında ““Laçın” bayatısını səsləndirməsi İran rəsmiləri tərəfindən qəzəblə qarşılanmışdı.

Yenicag.az  xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

“Qafqaz İslam Ordusunu Bakıya 18 kilometr məsafədəki Güzdəkdə qarşılayan Azərbaycan himninin yazarı Əhməd Cavad hisslərini bu cür misralara töküb:

Dağa, daşa sancağını öpdürüb,
Duman kimi bu dağları bürüdün.
Dənizlərə salam rəsmi yapdırıb,
Göylərdəki bulud kimi yürüdün.
Yürü, yürü batan günün izinə,
Gülümsəyir doğan günəş üzünə.
Aslan kimi saldırdığın düşmənə,
Ər oğlu ər olduğunu göstərdin.
Fələk bu gün uygun, sənə deyər ki:
Türk əsgəri, sən böylə mi istərdin?
Yürü, yürü, batan günün izinə,
Gülümsəyir doğan günəş üzünə.
Qardaşlığın fərmanına baş əyib,
Məzlumların imdadına yetişdin.
Qaranlıqda süngün sənə yol açdı,
Sən o yoldan muradına irişdin.
Yürü, yürü batan günün izinə,
Gülümsəyir doğan günəş üzünə.
Ey Türk, sənin hankı dində olduğun,
Minarəyə buyur bizə söyləsin.
Eşitməyən qulaqlara səsini,
Əsən yelə buyur xəbər eyləsin.
Yürü, yürü batan günün izinə,
Gülümsəyir doğan günəş üzünə.
Şu karşıkı duman çıxan bacadan,
Sən gəlmədən iniltilər çıxardı.
Geciksəydin məzlumların fəryadı,
Yeri, göyü, kainatı yıxardı.
Yürü, yürü batan günün izinə,
Gülümsəyir doğan günəş üzünə”, – deyə R.T.Ərdoğan bildirib.

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv