Ərdoğandan bunu istədim - BAYDEN

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığımda Ankaranın İsveçin NATO-ya üzv olmasına etirazından əl çəkməsi istəyimi çatdırdım.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.

“Ərdoğanla danışaraq onu təbrik etdim. O, hələ də F-16 üzərində işləmək istəyir. Mən ona dedim ki, biz İsveçin NATO-ya daxil olmasını istəyirik, gəlin bunu edək. Biz yenidən bir-birimizlə əlaqə saxlayıb bu barədə danışacağıq”, – Bayden bildirib.

Qeyd edək ki, Ərdoğan yenidən prezident seçildikdən sonra Bayden təbrik üçün zəng edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600