Ərdoğandan “Gülən məktəbləri”nə daha bir zərbə-Afrikada
Afrika səfəri çərçivəsində Efiopiyada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gülən ilə mübarizə çərçivəsində bağlanan məktəblərin yerinə yenilərinin açılacağını və yeni bir prosesin başlayacağını ifadə etdi.
Ərdoğan, getdikləri ölkələrdə dövlət və hökumət rəsmiləri ilə görüşdüklərini və Gülən Şəbəkəsinin fəaliyyətlərini anlatdıqlarını qeyd etdi. Onu da bildirdi ki, bu zamana qədər Afrikada və dünyanın digər ölkələrində Gülən Şəbəkəsinin göstərdiyi təhsil fəaliyyətini həyata keçirmək üçün Türkiyə Təhsil Nazirliyi böyük bir proyekt hazırlamaqdadır.
Ərdoğana Efiopiya gəzintisində yoldaşlıq edən Efiopiya baş naziri Hailemariam Desalegn da Gülən fəaliyyətlərinə ölkələrində əsla fürsət verməyəcəklərini dilə gətirib.
Qeyd edək ki, Azərbaycanda da başqa adlarla və Azərbaycan vətəndaşı vöeni ilə fəaliyyət göstərən Gülən məktəbləri və hazırlıq kursları Ərdoğanın diqqət mərkəzindədir. Gülənin bu məktəblərdə oxuyan şagirdlər vasitəsilə valideynləri ilə əlaqə quraraq, dövlətin mühüm nöqtələrində yuva qurduqları iddia edilməkdədir.
Yenicag.az