“Ərdoğanı 5 illik bizə verin, dünyaya hakim olaq”

media-hightechnic-468x90

12855Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çox uzaq bir məsafədə yerləşən bir ölkədən, Pakistandan qəribə bir təklif gəlib.

Yenicag.az avropainfo-ya istinadən  xəbər verir ki, Pakistandan gələn çox maraqlı bir dəvətdə “Ərdoğanı 5 illiyinə bizə verin dünyaya hakim olaq” deyilir.

Prezident Ərdoğan müxalif partiyaların üzvləri tərəfindən sərt bir şəkildə tənqid olunur. Amma buna baxmayaraq dünya müsəlmanları Ərdoğan haqqında fərqli düşünür.

Pakistanlı fəal Nədim Əhməd Xan da Ərdoğan haqda fərqli düşüncə sahibi olan şəxslərdən biridir. Xan Türkiyəyə ünvanlandığı maraqlı təklifində bunları deyib:

“Bizə 5 illiyinə Ərdoğanı verə bilsəniz, Pakistan təkcə İslam Dünyasında deyil, eyni zamanda bütün dünyada çox güclü bir düvlətə çevrilər.”

Türkiyənin İslam Dünyasının lideri olduğunun vurğulayan Xan sözlərinə belə davam edib:

“Türkiyə Osmanlının bizə qoyub getdiyi mirasdır. Siz Osmanlı nəvələrisiniz. Biz Pakistanda sizə xilafətin nümayəndəsi olaraq baxırıq. Lideriniz Rəcəb Tayyib Ərdoğan olmasıyla Allah sizə böyük bir şans vermişdir.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600