Ərdoğanın Azərbaycan proqramı açıqlandı

media-hightechnic-468x90

ilham_aliyev_erdogan_150115 b2Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana fevralın 18-də səfər edəcək.

YENİCAG.AZ Anadolu agentliyi-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının mətbuat mərkəzi məlumat yayıb.

Səfər zamanı Gəncədə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin sədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

İclas çərçivəsində ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif aspektlərinin inkişafı nəzərdən keçiriləcək.

Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsi, regionda və dünyada baş verən hadisələrin gedişatı müzakirə olunacaq.

Eyni zamanda, iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600