Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğanla Əli Əsədov arasında görüş başladı - YENİLƏNDİ/FOTO

Reklam: High Technic

Ankarada rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Yenicag.az xəbər verir ki, tərəflər Türkiyənin Prezident Sarayında bir araya gəliblər.

Hazırda görüş davam edir.

***

Azərbaycanın Baş naziri Əli Əsədovun Türkiyəyə səfəri başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “Twitter”də bildirib.

O, Ə. Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyətini bu gün Ankarada qarşıladıqlarını qeyd edib.

***

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Yenicag.az xəbər verir ki, səfər Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə həyata keçirilir. Bu, Azərbaycanın hökumət başçısının xarici ölkələrə ilk rəsmi səfəridir.

Ə.Əsədov F.Oktay, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan başqa, F.Oktay və Ə.Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasında iştirak edəcəklər. Onlar Xarici İqtisadi Əlaqələr Qurumunun təşəbbüsü ilə təşkil ediləcək və iki ölkədən 150 özəl sektor nümayəndəsinin iştirak edəcəyi Türkiyə-Azərbaycan İş Forumunun ümumi iclasına da qatılacaqlar.

Forum zamanı iki ölkə arasında bir sıra müqavilələr imzalanacaq. İlkin məlumata görə, dövlət və özəl sektor sahələrindəki ticarət razılaşmalarının dəyəri 100 milyon ABŞ dollarından çox olacağı gözlənilir.

Loading...

www.yenicag.az

261