Ərdoğanla Paşinyan arasında telefon danışığı oldu

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” səhifəsində paylaşım edib.

Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar.

Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Onlar, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600