Ərəb dənizində gərgin anlar: Pakistan HDQ Hindistan gəmisinə belə cavab verdi

media-hightechnic-468x90

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Ərəb dənizində kritik texniki nasazlıq səbəbindən köməksiz vəziyyətdə qalan Hindistan gəmisindən gələn yardım çağırışına cavab verib.

media-banner_tuq

Yenicag.az “Reuters”a istinadən xəbər verir ki, Pakistan HDQ bu barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, yeddi ekipaj üzvünün (altı hindistanlı və bir indoneziyalı) olduğu “MV Gautam” adlı gəmi Omandan Hindistana gedərkən kritik texniki nasazlıqla üzləşib və dənizdə köməksiz qalıb.

Bildirilib ki, Pakistan HDQ “Kashmir” adlı gəmini əraziyə göndərib; həmin gəmi “MV Gautam”ı sabitləşdirmək və ekipajın təhlükəsizliyini təmin etmək üçün qida, tibbi yardım və texniki dəstək göstərib.

Ötən ay Pakistan HDQ-nin Ərəb dənizinin şimalında fəaliyyət göstərən bir ticarət gəmisindən gələn yardım çağırışından sonra 18 ekipaj üzvünü xilas edərək təxliyə etdiyini bildirmişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05