Ərəblər Ronaldodan vaz keçmək İSTƏMİRLƏR

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanı Liqasının inkişafında önəmli rol oynayan Kristiano Ronaldonun ölkədən ayrılmaq ehtimalı liqada narahatlıq yaradıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşri məlumat yayıb.

“Al Nassr” klubu isə portuqaliyalı ulduzdan imtina etmədiyini açıqlayıb. Klubun idman direktoru Fernando Hierro mətbuat konfransında mövcud vəziyyəti və mövsümün yekunlarını qiymətləndirib.

Hierro bildirib ki, Ronaldo bu ölkədə futbolu dünyaya tanıdıb və onun gəlişi böyük dönüş nöqtəsi olub:

“Kristiano fenomen olub, burada olmağı və Səudiyyə Ərəbistanı Liqasını dünyaya açmağı bacardı. Bu, üst səviyyəli futbolçuların gəlməsinə yol açdı”.

Hazırda milli komandada olan Ronaldonun müqaviləsi 30 iyunadək davam edir. Hierro tərəflərin razılığa gəlməsi üçün çalışacaqlarını və ölkədə onun qalması üçün güclü təzyiqin olduğunu qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600