!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkin Qədirli üçün yolun sonu? - "Toxunulmazlıq hüququnun götürülməsi, mandatdan məhrum edilməsi..."

!Reklam – Yazi

“Bu kimi təxribat xarakterli fikirlər Azərbaycana qarşı açıq şəkildə istifadə edilə bilər”.

Bunu Milli Məclisin deputatı Erkin Qədirlinin səsləndirdiyi fikirlərə münasibətini bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.O, bildirib ki, Milli Məclisin deputatı Erkin Qədirlinin açıqlaması birmənalı qəbul edilməməlidir:

“Azərbaycanı həm daxildə, həm xaricdə təmsil edən bir şəxsin belə bir fikir səsləndirməsi nə etik, nə də qanunvericilik baxımından qəbul ediləndir. Nəyə görə? Özü də daxil olmaqla, Milli Məclisin demokratik seçkilər əsasında seçilmədiyini, xalqın səsini alaraq deputatlığa layiq görülmədiyini bilə-bilə orada iştirak etməsi onun bu məsələdə qeyri-səmimi olmasından xəbər verir. Milli Məclisin üzvü Azərbaycan Konstitusiyasına görə seçkilər əsasında müəyyən edilir. Seçkilər əsasında müəyyən edilən şəxs yalnız bundan sonra Milli Məclisin üzvü kimi fəaliyyət göstərə bilir.

Sual verən bloqer, həqiqətən də, Milli Məclisdə seçkilərin hansı şəkildə keçirilməsi ilə bağlı səmimi münasibəti öyrənmək istəyirsə, növbəti sualı belə olmalı idi: “Əgər siz özünüz də daxil olmaqla, demokratik seçkilərin keçirilməməsi nəticəsində Milli Məclisin formalaşdığını iddia edirsinizsə, niyə üç ilə yaxın müddətdir fəaliyyət göstərirsiniz?” Bu sualı verməməsi bloqerin əsas niyyətindən xəbər verir. Niyyətinin nə olmasından asılı olmayaraq, deputat həmin suala bu şəkildə cavab verməməli idi.

Hazırda Ermənistan və havadarları ilə siyasi və diplomatik müstəvidə çox ciddi mübarizə dönəmindəyik. Bu kimi təxribat xarakterli fikirlər Azərbaycana qarşı açıq şəkildə istifadə edilə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasında istənilən şəxsin məsuliyyət məsələsi qanunvericiliklə tənzimlənir. Milli Məclisdə intizam komissiyası fəaliyyət göstərir. Komissiyanın Milli Məclisin üzvü Erkin Qədirlinin fikirlərinə münasibət bildirəcəyini hesab edirəm. Qanunvericiliyə uyğun olaraq Milli Məclisin deputatının intizam pozuntusuna yol verdiyi müəyyən ediləcəksə, barəsində bir sıra tədbirlər görülə bilər. Toxunulmazlıq hüququnun götürülməsi, mandatdan məhrum edilməsi və yaxud barəsində digər müvafiq tədbirlərin görülməsi mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv