Erməni diasporu yenə oyuna GİRDİ – Separatçıların tör-töküntülərini vahiməyə salan məsələ NƏDİR?

media-hightechnic-468x90

“Azərbaycanın Qarabağ üçün həyata keçirdiyi antiterror əməliyyatı olduqca mühüm bir hərbi hərəkət idi və son dərəcə uğurlu oldu. Buna müharibə və ya toqquşma deyil, “əməliyyat” adı verilməsi Qarabağın Azərbaycan torpağı olduğunun və işğaldan azad edilməsinin mühüm addımlarından biri idi. Bu, İlham Əliyev üçün də çox ciddi bir qələbə idi”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.

media-husameddin-inanc

O, bu gün özünü buraxmış qondarma rejimin tör-töküntülərinin İrəvanda separatçı rejimin “müstəqilliyi”nin ildönümü ilə bağlı keçirdiyi aksiyaya münasibət bildirib.

Onun sözlərinə görə, bu proses daxilində son nəticədə sülh sazişinə gedilməsi üçün ciddi addımlar atıldı və nəhayət Vaşinqton sammitində Zəngəzur dəhlizinin açılması, Amerikanın burada təhlükəsizliyi təmin etməsi ilə bağlı razılıq bazası yaradıldı:

“Bununla yanaşı, sülh sazişi istiqamətində də mühüm addım atılmış oldu. Beləliklə, bu proses indiyə qədər uğurla gətirilib, amma bundan narahat olan qüvvələr var. Onların başında erməni diasporu gəlir. Bu diasporun mövcud olduğu, xüsusilə Fransa başda olmaqla Avropa ölkələri bu prosesi geri çevirmək üçün ciddi cəhdlər göstərirlər. Burada, əsasən, Fransanın və müxtəlif Avropa dövlətlərinin planı Qarabağa ermənilərin yenidən qayıtması, Türkiyənin Kipr məsələsinə bənzər şəkildə bölgədə müəyyən terrorçu qrupların meydana çıxması, illərlə toqquşmaların davam etməsi və Azərbaycanın işğalçı kimi göstərilməsi üçün yeni bir prosesin yaradılmasıdır”.

“Bunlar isə əsasən, daxildə, xüsusilə kilsə başda olmaqla, müxalifətin fəaliyyətinin əks-sədası kimi qarşımıza çıxır. Amma bu mərhələdən sonra onların uğurlu olma şansı yoxdur. Çünki Donald Trampın proseslərə müdaxiləsi, Cənubi Qafqazda sülh və sabitliyi təmin etmə cəhdi, həmçinin Amerikanın prosesin bir parçası olması Ermənistan və Azərbaycan arasındakı toqquşmaların bitməsində mühüm rol oynayacaq”, – deyə o, əlavə edib.

H. İnaçın fikrincə, digər tərəfdən, Rusiya və İran kimi regional güclərin də yenidən prosesə girməkdə maraqlı olduqları məlumdur və bu məsələ Rusiya ilə ABŞ arasında müzakirə predmetinə çevrilib:

“Sonuncu Alyaska sammitində iki lider arasında bu mövzunun danışıldığı da bilinir. Odur ki, bu prosesdə bundan sonra sülh sazişinin bir an öncə imzalanması istiqamətində addımlar sürətlənməlidir. Prosesin uzanması isə Rusiya və İran kimi sabitliyi pozan, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiq müəyyənləşdirilməsini istəməyən, həmçinin Zəngəzur dəhlizi ilə Çini İngiltərəyə bağlayacaq layihənin reallaşmasını əngəlləməyə çalışan qüvvələrin güclənməsinə səbəb olacaq. Mən belə təşəbbüslərin separatçı və sabitliyi pozan fəaliyyətlərin bundan sonra uğurlu olacağına inanmıram. Amma Azərbaycan və Ermənistanın yekun sülh sazişini imzalamaları vacibdir və mən bu məsələdə ciddi problem görmürəm”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa