Erməni diasporundan Paşinyana İSMARIŞ – Atan bu dəfə də KAZAKLARDIR

media-hightechnic-468x90

“Paşinyanı devirmək o qədər də asan məsələ deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, ABŞ-dəki ermənilərin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı başlatdığı etiraz aksiyalarının mümkün nəticələrini şərh edib.

Analitik bildirib ki, sosial mediada dərc olunan videolara və məlumatlara baxdıqda aksiyaların böyük kütləni əhatə etmədiyi görünür.

“Həmin aksiyaları sadəcə bir kəsimin iştirakı kimi qiymətləndirmək mümkündür. Yəni daha çox müxalif və Rusiyaya yaxın qüvvələrdən gedir söhbət. Çünki kilsənin dayaq nöqtələrindən birinin də Rusiya olduğunu nəzərə alsaq ən azından elə hiss olunur. Sanki bir qrup insan təlimatlı şəkildə buraya yönləndirilir”.

“Paşinyanın devrilməsindən o zaman söhbət gedə bilərdi ki, orada cəmiyyətin böyük kəsimi iştirak edərdi. Lakin aksiya iştirakçılarını müşahidə etdikdə sanki təlimatlandırılan qüvvələr kimi görünürlər. Bu səbəbdən məsələyə fərqli yanaşıram. Paşinyanı devirmək o qədər də asan məsələ deyil. Proseslər müəyyən səviyyəyə qədər gedə bilər, lakin çox irəliyə gedə bilməz”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600