Erməni general 10 milyon girov qarşılığında sərbəst buraxıldı

Ermənistanda general-leytenant Tiran Xaçatryanın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.

Yenicag.az erməni KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə həbs 10 milyon dram girov və ölkədən çıxış qadağası ilə əvəz edilib.

Prokuror Xaçatryanın həbs müddətinin 3 ay uzadılmasını istəsə də, müraciət rədd edilib.

Qeyd edək ki, o, 44 ​​günlük müharibə ilə bağlı iş üzrə həbs edilmişdi./unikal