Erməni lobbisinin geri dönüş planı – Əliyev-Paşinyan görüşündə gözlənilən GEDİŞLƏR

media-hightechnic-468x90

“Ermənilərin geri qaytarılması tələbi danışıqlarda əngələ çevrilə bilər”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçiriləcək görüş, çərçivə sazişinin imzalanma ehtimalı və görüşdə gözləninlən nəticələri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli

O, bildirib ki, Qarabağdan köçən ermənilərin geri qaytarılması məsələsi gündəmə gətirilə bilər:

“Trampın xarakterini və proqnozlaşdırılmasını nəzərə alsaq, görüşdə Azərbaycanın maraqlarına cavab verməyən təkliflər də irəli sürə bilər. Hətta Qarabağdan öz xoşu ilə çıxmış ermənilərin geri qaytarılması təklifi verə bilər. Düzdür, sülhün yaradılması istiqamətində addımlar atacaqlar, çünki Tramp Nobel sülh mükafatı almaq istəyir. Erməni lobbisi Trampdan tələb edirlər ki, Qarabağdan çıxan erməniləri geri qaytarmaq lazımdır. Azərbaycan tərəfi erməni əhalisini qəbul etməyə hazırdır. Bir şərtlə ki, Ermənistan pasportunu təhvil verir, sübut edir ki, doğulandan bu torpaqlarda yaşayıb, ona Azərbaycan pasportu verilə bilər. Ancaq onlar bunu istəmir”.

“Ermənilərin geri qaytarılması tələbi danışıqlarda əngələ çevrilə bilər. Ancaq Azərbaycan prezidenti kifayət qədər möhkəmdir. Bu məsələdə prinsipial mövqe nümayiş etdirəcək. Hər şey sabahkı görüşdən və danışıqlardan asılıdır. Sabahkı görüşdən sonra müəyyən fikrə gəlmək olacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa