Erməni lobbisinin "parlament agentləri" iş başında: "Ölü məsələni diriltmək istəyirlər"

media-hightechnic-468x90

“Tarixə qovuşan bir məsələ yenidən dirildilməyə çalışılır”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat Belçika parlamenti tərəfindən qəbul edilən sənəddə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yer alan təhrif olunmuş fikirləri sərt tənqid edib:

“Avropa parlamentlərinin bu cür qərarlar qəbul etməsinin arxasında fərqli amillər durur. İlk olaraq erməni diasporunun fəaliyyətini qeyd etməliyik. Belçika, Fransa, Niderland kimi ölkələrdə güclü erməni diasporası mövcuddur. Bu diaspora onilliklər ərzində siyasi əlaqələr qurub, maliyyə resursları ayırıb və parlamentlərdə öz maraqlarını təmsil edəcək siyasətçiləri formalaşdırıb. Bu, dünya siyasətinin normal bir reallığıdır.”

Deputat belə halların bəzi dairələrin Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olmasından qaynaqlandığını qeyd edib:

“Eyni zamanda Avropa daxilindəki struktur maraqları da rol oynayır. Azərbaycanın Rusiya və İranla sərhəddə müstəqil xarici siyasət yürütməsi Brüsselin bütün tərəflərə tətbiq etmək istədiyi ‘dəyərlər çərçivəsi’nə sığmır. Buna görə müəyyən Avropa institutları Azərbaycanı ‘itaətsiz’ tərəf kimi göstərməyə meyillidirlər. Azərbaycanın güclü tərəf kimi görünməsini və öz reallıqlarını yarada bilməsini sinirə bilmirlər. Maraqlı bir ziddiyyət var  Avropa ölkələri Azərbaycandan qaz alır, eyni zamanda bu cür qərarlar qəbul edir. Bu, ikili standartların açıq ifadəsidir.”

N. Həmzəyev qeyd edib ki, bu məsələ nəinki Azərbaycan, beynəlxalq aləm üçün də bitmiş hesab olunur və yenidən alovlandırılmağa çalışılması təxribatdır:

“Tarixə qovuşan bir məsələ yenidən dirildilməyə çalışılır. Qarabağ məsələsi Azərbaycanın öz ərazilərini bərpa etməsi ilə hüquqi-siyasi baxımdan həll olunmuşdur. Bu, beynəlxalq hüququn tanıdığı suveren çərçivə daxilindəki bir faktdır. Lakin bu faktın müəyyən dairələr tərəfindən qəbul edilməməsi, onun süni şəkildə ‘açıq məsələ’ kimi saxlanılması cəhdi ciddi siyasi manipulyasiyanın göstəricisidir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05