Erməni müxalif deputat prokurorluğa Paşinyandan ŞİKAYƏT ETDİ

media-hightechnic-468x90

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı və “Daşnaksütyun” Partiyasının rəhbər üzvü Geqam Manukyan Baş Prokurorluğa cinayət xarakterli müraciət təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə o, “Sputnik Armenia”ya məlumat verib.

Manukyan bildirib ki, Ermənistan İstintaq Komitəsinin İrəvan idarəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib:

“Telefon nömrəmi qoydum, amma cavab gəlmədi. Nəticədə, məcbur olub Baş prokuror Anna Vardapetyanın adına şikayət ərizəsi təqdim etdim. Amma açığı, ondan da ciddi gözləntim yoxdur. Çünki bir neçə gün əvvəl parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarının iştirak etdiyi növbəti qanunsuzluq zamanı prokuror zalda idi, amma heç bir tədbir görmədi”.

Deputatın sözlərinə görə, əgər baş prokuror gözünün qabağında baş verən qanunsuzluğa reaksiya vermirsə, kənarda baş verənlərə daha da biganə yanaşacaq. O, bu halı ölkədə yayılmış ümumi qanunsuzluğun növbəti təzahürü kimi qiymətləndirib.

Manukyan qeyd edib ki, iyulun 10-da onun evində aparılan axtarış zamanı oğlu Taron Manukyan saxlanılıb, şəxsi əşyalar və telefonlar, o cümlədən deputatın öz telefonu da zorla əlindən alınıb.

“Halbuki məhkəmə qərarında mənim telefonumla bağlı heç nə yox idi. Hüquq-mühafizə orqanları telefonumu açıb, bir ad tapıblar və indi həmin şəxsi siyasi hədəfə çevirmək istəyirlər”, – deyə deputat bildirib.

O əlavə edib ki, həmin gün Ermənistan İnsan Hüquqları Müdafiəsinin ofisindən ona zəng gəlib, vəziyyətlə maraqlanıblar, lakin bununla məsələ bağlanıb.

Deputat həmçinin bildirib ki, oğlu Taron Manukyan qanunsuz saxlanılmasına görə şikayət edəcək.

“Hamıya dedim: bir gün gələcək, Nikol Paşinyan bu ölkədə olmayacaq, ya da vəzifədə olmayacaq. Amma siz bu ölkədə qalacaqsınız və necə yaşayacağınızı özünüz düşünməlisiniz”, – deyə Manukyan hüquq-mühafizəçilərlə söhbətindən sitat gətirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600