Erməni nazir Qarabağa səfər etdi

media-hightechnic-468x90

83160Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağa gəlib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Ohanyan burada separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə digər separatçı general Kamo Vardanyan da iştirak edib.

Qeyd edək ki, Seyran Ohanyan ermənilərin işğalı altında olan Dağlıq Qarabağa tez-tez səfər edir. Müdafiə naziri bununla onsuz da ruh yüksəkliyi aşağı səviyyədə olan erməni əsgərlərin arasında canlanma yaradacağına ümid edir.

Ancaq çətin ki, son bir ayda 20-dən çox itki verən və onlarla yaralısı olan Ermənistan ordusu üçün bu səfər ruh yüksəkliyi üçün səbəb olsun.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa