!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni soyqırımı”nın tanınmasından Türkiyə və Azərbaycana qarşı istifadə edəcəklər” - Avraam Şmuleviç

!Reklam – Yazi

“ABŞ “erməni soyqırımı”nı tanımaqla Türkiyəni özünün strateji tərəfdaşı kimi görmədiyini nümayiş etdirdi”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsi işlətməsindən sonra Vaşinqton və Ankara arasında münasibətlərin mümkün inkişafını dəyərləndirən israilli politoloq Avraam Şmuleviç deyib.

Politoloqun sözlərinə görə, Baydenin bu gedişi Türkiyə üçün yeni problemlərə yol aça bilər:

“Erməni soyqırımı”nın tanınmasından əvvəl Türkiyənin F-35 təyyarə istehsalı proqramından kənarlaşdırılması baş verdi. Baxmayaraq ki, Amerika hərbi şirkətlərindən birinin rəhbəri bu addımın F-35 qiymətinin 3 faiz artacağını söyləmişdi, ancaq Türkiyənin F-35 proqramından xaric edilməsi iki ölkə arasındakı münasibətlərin soyumasının ən son təzahürü idi.

Buna rəğmən, Amerika rəhbərliyi bu addımı atdı. “Erməni soyqırımı”nın tanınması faktiki olaraq Amerikanın artıq Türkiyəni özünün strateji müttəfiqi kimi görmədiyinin təsdiqidir. Bundan sonra Türkiyə bir sıra addımlar ata bilər.

Birincisi, Türkiyədə yerləşən hərbi bazaların statusuna yenidən baxıla bilər, hətta nüvə silahlarının da olduğu “İncirlik” bazasının Türkiyədən çıxarılması mümkündür. Bu, bir növ ABŞ-Türkiyə münasibətlərinin “tabutuna vurulmuş mismar”dır.

Bu da digər ölkələr tərəfindən “erməni soyqırımı”nın tanınması dalğasına səbəb olacaq və ya onun inkar edilməsinə görə cinayət məsuliyyəti tətbiq oluna bilər ki, bu da Azərbaycan və Türkiyənin rəsmi mövqeyini qanundan kənarda tutduğu üçün çox ciddi bir addımdır. Qondarma “erməni soyqırımı”nı başqa ölkələr də tanıya və “souqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmə halları da baş verə bilər.

İsrailə gəldikdə isə onu qeyd edə bilərəm ki, solşu partiya olan “Meretz” hər il aprelin 2-də “erməni soyqırımı”nı tanıyan qanun layihəsini Knessetə təqdim edir və parlament bu təklifi geri çevirir. Düzdür, bu il seçkilərin keçirilməsi ilə bağlı təklif edilmədi, ancaq görünən odur ki, yenidən təklif ediləcək. Bu gün erməni diasporu İsraildə “soyqırımı”nı tanlıtmaq üçün çox çalışır. İsrailin də yaxın gələcəkdə bu “soyqırımı”nı tanıyan ölkələr arasında olacağını istisna etmirəm.

O bəyanat ermən lobbisinin təzyiqi altında qəbl edilib. Ermənilər son seçkilərdə Demokrat partiyasına ciddi dəstək verdilər və partiyanın qalib gəlməsindəı ciddi rol oynadılar. Seçki kampaniyası zamanı Bayden “soyqırmı”nın tanınacağını vəd etmişdi. Bu, ermənilərin demokratları dəstəkləmələri üçün bir növ ödəniş idi.

Bu, Amerikanın daxili siyasətində ermənilərin rolunun artacağına işarə edir və bu, onların son qazancı olmayacaq. Onlar Bayden adminstrasiyasına təzyiq göstərməyə davam edəcəklər. Bu, Amerikadakı erməni icmasının kifayət qədər güclü təsir gücünə malik olduğunu göstərir. Bunun ermənilərin nə işinə yarayacağı bəlli deyil.

Hər halda, Ermənistanın “soyqırımı”nı tanıtmasının məqsədini nə olduğu barədə açıq bir strategiya söylənmədi. Erməni liderləri ilə söhbətlərdə dəfələrlə eşitmişəm, onlar deyirlər ki, biz “Böyük Ermənistanın bərpasını, ermənilərin yaşadıqları ərazilərin Ermənistana qaytarılmasını istəyirik”.

Önümüzdəki onilliklərdə bunun əlçatmaz bir niyyət olduğu aydındır. Çünki Ermənistanın bu məqsədlər üçün praktik olaraq bir şey etdiyini görmürük. Son Qarabağ müharibəsindən əvvəl və sonra baş verən hadisələr zamanı da gördük ki, Ermənistan rəhbərliyi və diasporu hədəfləri müəyyənləşdirməkdə o qədər də həmrəy deyillər.

Bu suallar havada asılı qalır. Ancaq tanınma məsələsindən Türkiyə və Azərbaycana zərər vermək üçün istifadə edəcəklər. Bundan da Qarabağ məsələsində Azərbaycana qarşı istifadə olunacaq. Onların aydın bir hədəfi yoxdur, ancaq ermənilər bir daha kifayət qədər güclü təbliğat silahı əldə etmiş oldular.

Azərbaycana qarşı diplomatik təzyiqlərin artmasını gözləmək lazımdır. Bu, Rusiya ilə münasibətlərə necə təsir edəcək? Xatırladım ki, Rusiya da “erməni soyqırımı”nı tanıyıb. Dövlət Duması onu ABŞ-dən daha erkən tanıyıb. Bu səbəbdən, ABŞ-dən incik olan Türkiyənin yalnız “erməni soyqırımı”nı tanımayan, eyni zamanda, Ermənistanın strateji müttəfiqi olan və Qarabağdakı müharibə zamanı silahla təchiz etdiyi Rusiyanın qucağına qaçması məntiqsiz olardı.

Bu səbəbdən, Türkiyə-Rusiya münasibətlərinin ciddi şəkildə yaxınlaşacağını düşünmürəm. Bundan əlavə, türklərin və rusların əks mövqedə olduğu məsələlər çoxdur. Ərdoğan hələ də Rusiya ilə bağlı çox incə və demək lazımdır ki, uğurlu oyun oynayır. Amma Amerika ilə münasibətlərin ciddi şəkildə korlanması ilə birlikdə, təbii ki, Türkiyəni Qərbdən aldığı texnologiyaların əvəzini axtarmağa sövq edəcək”.

Qafqaz Ömərov

Tərcümə: Aqil Bəkir

www.yenicag.az

1590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv