Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənilər baş nazirlərinin meymunluğunu etiraf edir” – FOTOFAKT

Reklam: High Technic
“Təlimlərdə Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığı və müasir qurğulardan xüsusi həssaslıq və bacarıqla istifadə etməsi düşməni narahat etməyə bilməz”. 
Yenicag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Ordusunun maddi-texniki təminatını şərh edərkən ehtiyatda olan zabit Cərulla Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu hər an baş verə biləcək müharibəyə həm fiziki, həm maddi-texniki, həm psixoloji, həm də mənəvi hazırdır:
“Ayıq-sayıq ordunun şəxsi heyəti əli tətikdə əmr gözləyir. Orduda döyüş ruhunun yüksək olması ilə yanaşı, lazımi təchizat, maddi-texniki təminat da dövlət tərəfindən komplektləşdirilib. Ümumiyyətlə, ordu qurulanda hər an ola biləcək döyüş əməliyyatlarına, düşmən tərəfin hücum və müdafiə sistemlərinə uyğun hazırlıq görülür. Bütün taktiki tərəfləri savadlı hərbi kontingentlər qiymətləndirir və müvafiq tədbirlər planı hazırlanır. Ona görə də əminliklə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qüsursuz yerinə yetirməyə tam hazırdır”.
Ehtiyatda olan zabit bildirib ki, inkişaf etmiş ölkələrdən aldığımız silah-sursatlar, hərbi texnikalar, döyüş vasitələri düşmənin istənilən zərbəsini dəf etməyə imkan verir:
“Bunu keçirilən irimiqyaslı təlimlərdə də dəfələrlə görmüşük. Hətta Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarlarından biri, Mersop Musaelyan adlı “Facebook” sosial şəbəkə istifadəçisi baş nazirin arvadı Anna Hakopyanın şəklini paylaşaraq onların xalqı avam yerinə qoyduqlarını yazır. Bildirir ki, Türkiyə Azərbaycanla birlikdə ciddi təlimlər keçirir, bu ər-arvad isə Ermənistanda meymunluq edirlər. Bunlar Ermənistanı özləri üçün əyləncə qurğularına çeviriblər. 
Göründüyü kimi, istənilən hərbi təlimlərimiz Ermənistanı ciddi narahat edir. Çünki təlimlərdə şəxsi heyətin yüksək döyüş hazırlığı və müasir qurğulardan xüsusi həssaslıq və bacarıqla istifadə etməsi düşməni narahat etməyə bilməz. Ona görə də reallığı görən erməni cəmiyyəti və aktivistləri baş nazirin meymunluğunu etiraf edirlər. Başqa sözə gərək qalmır, artıq erməni cəmiyyəti də anlayır ki, Azərbaycan Ordusunda ciddi təlimlər getdiyi halda, Paşinyan hakimiyyəti erməni cəmiyyətini aldatmaqla məşğuldur”.

www.yenicag.az

256