!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər boşaltdıqları bəzi postları yandırırlar” – Səxavət Məmməd cəbhədən xəbər verir

!Reklam – Yazi

“İnsanlar artıq əkin sahələrində işləməyə başlayıblar, vəziyyət mühairbədən əvvəlki dönəmi xatırladır”.

Bunu döyüş bölgəsindəki mövcud vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, artıq ikinci gündür ki, cəbhə bölgəsində döyüşlər tamamilə dayanıb:

“Dünəndən etibarən, təhlükəsizliyə görə evlərini tərk edən mülki vətəndaşlarımız da geri qayıdaraq, əvvəlki həyatlarına dönüblər. Bu gündən başlayaraq, insanlar artıq əkin sahələrində işləməyə başlayıblar. Hazırda vəziyyət mühairbədən əvvəlki dönəmi xatırladır.

Eyni zamanda, ermənilərin Ağdam istiqamətində boşaltdıqları bəzi postları yandırdıqları müşahidə edilir. Digər ərazilərlə bağlı dəqiq informasiya yoxdur. Çünki razılaşma əldə olunsa da, detallar hələlik tam açıqlanmayıb”.

Gülşən Şərif

www.yenicag.az

997
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv