!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycan qanunlarına tabe olmalı, vətəndaşlığını qəbul etməlidirlər, əks halda, Azərbaycan güc yolu ilə öz suveren ərazisində bayrağını dalğalandıracaq”.

Bu fikirləri Qarabağda yenidən gərginliyin olması ehtimalı, sərhədlərin müəyyən edilməsi və digər məsələləri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, erməni tərəfi götürdüyü öhdəlikləri yerinə yetirməsə, təzyiqlər artırılmalıdır:

“10 noyabr bəyanatında 4-cü bənd yerinə yetirilmirdi. Azərbaycan tərəfi isə alternativ yolla bağlı üzərinə götürdüyü öhdəliyi vaxtından əvvəl yerinə yetirdi. Azərbaycan təkcə yolla bağlı yox, bütün öhdəlikləri yerinə yetirirdi. Məsələ ondadır ki, həm ruslar, həm də ermənilər heç bir öhdəliyə əməl etmirdilər. Delimitasiya və demarkasiya məsələsi hələ də açıq qalıb. Vəziyyət o yerə çatdı ki, Rusiya sülhməramlıları erməni tərəfinin silahlandırılmasına göz yumdu, erməni uşaqlarına məktəblərdə silahla davranmağı öyrətdilər. Azərbaycan Prezidenti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi bir neçə mesajlar və bəyanatlar verdi. Son xüsusi əməliyyata qədər tez-tez Kəlbəcər və Laçın istiqamətində atışmalar olurdu, lokal toqquşmalar baş verirdi. Nəticədə Azərbaycan ordusu bir daha öz gücünü göstərdi, xüsusi əməliyyat keçirdi. Azərbaycan erməniləri məcbur etdi ki, Laçın dəhlizini boşaltsınlar və alternativ yoldan istifadə etsinlər.

Azərbaycan sülh yolu ilə məsələlərin həll olunmasına çalışır. Əslində, Azərbaycanın öz məqsədlərinə çatması İranı və şimal qonşumuzu qane etmir. Artıq geriyə yol yoxdur. Ermənilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycan qanunlarına tabe olmalı, vətəndaşlığını qəbul etməlidirlər, əks halda, Azərbaycan güc yolu ilə öz suveren ərazisində bayrağını dalğalandıracaq.

Delimitasiya və demarkasiya məsələsi də bu günə qədər həllini tapmayıb. Belə olan halda, Azərbaycan tərəfi danışıqlar yolu ilə problemi çözməyə çalışır. Ancaq erməni tərəfi cığallıq edir. Bu öz həllini tapmadığı halda, Azərbaycan tərəfi xəritəyə uyğun olaraq öz ərazilərini bərpa edəcək və sərhədlərini həmin ərazilərdə quracaq”.

Səxavət Məmməd

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv