!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər silahlanır, sülhməramlılar göz yumur: "Qarabağ klanı" hər zaman... - ŞƏRH

!Reklam – Yazi

“Qarabağda ermənilərin silahlanmasını Ermənistan tərəfi inkar etmir, sülhməramlılar isə görməzdən gəlir”.

Bunu Qarabağdakı separatçı rejimin revanşist bəyanatları, silah tədarükü və gözlənilən nəticələri dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, sülhməramlılar Qarabağdakı ermənilərin silahlanmasına şərait yaradır:

“10 noyabr bəyanatından sonra Qarabağdakı erməni silahlıları tərkisilah olmalı idilər. Paşinyan hətta dedi ki, Qarabağdakı silahların say tərkibi Ermənistandakından da çoxdur. Bu həqiqətdir. Məsələ ondadır ki, Qarabağa gələn silahlar Ermənistan ərazisindən keçir. Paşinyan səmimi olsa, öz ölkəsinin ərazisindən silahların keçməsinə icazə verməzdi. Paşinyanın əməli ilə dedikləri bir-birinə ziddir. Vardanyanın gəlişi gərginliyi daha da artırdı. Separatçı rejim radikal mövqe tutub. Sülhməramlılar da lazımınca missiyalarını yerinə yetirmir.

Qarabağdakı erməni separatçılarına silah daşınması davam edir. Bu barədə açıq mənbələrdə də qeyd olunur. Heç Ermənistan özü də bunun baş verdiyini inkar etmir. Azərbaycan buna hazır olmalıdır. Azərbaycan ordusu buna sərt şəkildə cavab verməyə qadirdir.

Separatçılar və Ermənistandakı hazırda müxalifətdə olan “Qarabağ klanı” hər zaman müharibə tərəfdarı olub. Onlar bir dəfə də olsun sülhdən danışmayıblar. Qarabağdakı sadə ermənilər gözəl bilirlər ki, Azərbaycan qanunlarını qəbul etsələr daha yaxşı və təhlükəsizlikdə yaşayarlar.

Vardanyan heç vaxt Azərbaycan vətəndaşı olmayıb, o Qarabağda doğulmayıb. Onun haqqında müvafiq orqanlar lazımı tədbirlər görəcəklər. Hesab edirəm ki, zamanın və şəraitin yetişməsi gözlənilir”.

Səxavət Məmməd

www.yenicag.az

1051
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv