Reklam

Reklam

ermeni_pis3Erməni silahlı bölmələri cəbhə bölgəsində yaşayan mülki sakinləri yenidən atəşə tutub.

Bu barədə Tərtərin Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizov məlumat verib.

Bələdiyyə sədrinin sözlərinə görə, Qapanlı kəndində kombaynla ot biçən sakinlər atəşə məruz qalıblar.

“Erməni silahlı birləşmələri yenidən mülki sakinlərə atəş açmağa başlayıb. Ötən gün Qapanlıda əkin sahəsində işləyən kənd sakinləri atəşə məruz qalıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Əkin sahələrinə və texnikaya ziyan dəyib”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.

Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 154
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."