Ermənilərin törətdiyi yanğınlar təmas xəttini keçib-Fotolar

media-hightechnic-468x90

e48ed8d63926a200469cf47e2fe987e5Güclü yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb

Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarında son bir neçə gündə törədilən yanğınlar cəbhənin Ağdam istiqamətində neytral ərazini keçərək yaşayış olan kəndlərə yaxınlaşıb.

Ötən gecə miqyası genişlənən alov rayonun Çıraqlı və Mirəşelli kəndlərinin ərazilərinə qədər yayılıb. Yanğın Baş Qərvənd və Mirəşelli kəndlərinin qəbiristanlığını da bürüyüb. Təmas xəttində yerləşdiyindən, məzarlığın xeyli hissəsi qısa müddət ərzində alovlanıb.

Aidiyyəti qurumlar yanğının məhsul altında olan sahələrə keçməməsi üçün tədbirlər görüblər.

Yanğının səhərə yaxın söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600