Ermənilərin yaratdığı gərginliyin PƏRDƏARXASI – “Yalnız bu şərtlər qarşısında güzəştə gedəcəklər” – ŞƏRH

“Azərbaycan əsgəri hər təxribatdan sonra bir addım qabağa gedir”.

Bunu son günlər cəbhədə gərginliyin artmasına və Ermənistan tərəfinin atdığı addımlara münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Ermənistan tərəfi ATƏT-in Minsk qrupunu prosesə cəlb etmək üçün əlindən gələni edir:

“Ermənistan-Azərbaycan cəbhəsində son günlər xeyli gərginlik müşahidə olunur. Bunlara təbii yanaşmaq lazımdır. Gözlənilən hadisələrdir. Ermənistan öz vəziyyətini yüngülləşdirmək üçün müəyyən əməllərə əl atmalıdır ki, ATƏT-in Minsk qrupu prosesə cəlb olunsun. ATƏT-in Minsk qrupu prosesə qoşulduğu halda status məsələsi üzərində monipulyasiya edə bilər. Hər zaman demişəm ki, ermənilər yalnız ağır şərtlər qarşısında güzəştə gedəcəklər. Əks halda nə Paşinyan, nə digərləri güzəştə getməyə hazır deyil. Çünki Ermənistan cəmiyyətində kim Azərbaycanla delimitasiya və demarkasiya məsələsinə getsə, Azərbaycanın ərazi bütövlüyünü tanısa, sülh sazişi imzalasa satqın kimi tanınacaq. Ona görə də, müəyyən qədər gərginlik törətməyə çalışırlar. Gərginlik törədəndə də, Azərbaycan doğru addım atır, cavabını artıqlaması ilə verir. Ermənilərlə ancaq bu tonda danışmaq lazımdır. Əks halda ermənilər öz xislətlərindən əl çəməyəcək”.

Səxavət Məmməd