Ermənistan-Azərbaycan sülh prosesi: “Anklavlarla bağlı sevindirici xəbərlər eşidəcəyik”

media-hightechnic-468x90

“Sülh müqaviləsi prosesində anklav kəndlərlə bağlı sevindirici qərarlar gözlənilir”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində növbəti danışıqların iyun ayında davam edəcəyini diqqətə çatdırıb:

“Azərbaycan və Ermənistan arasında sülh prosesi istiqamətində işlər davam edir. İyun ayının sonunda ABŞ-ın vasitəçiliyi ilə danışıqlar yenidən başlayacaq, lakin yekun sülh müqaviləsi üçün referendum keçiriləcək. Rusiya bu prosesi pozmağa çalışır, ancaq düşünürəm ki, ABŞ buna imkan verməyəcək. Rusiyanın təklifi Bakı və İrəvanın yekun sülh müqaviləsini Moskvada imzalaması ola bilər. Bu, mümkündür, amma region ölkələri buna razılıq verməyəcək. Sülh müqaviləsi zamanı anklav kəndlərlə bağlı da sevindirici xəbərlər eşidəcəyik. Hesab edirəm ki, Nikol Paşinyan seçildikdən sonra Ermənistan-Azərbaycan sülh müqaviləsi məsələsində çox uğurlu proseslər baş tutacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05