!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan bir daha göstərdi ki, onunla ancaq güc dilində danışılmalıdır” – Partiya sədri

!Reklam – Yazi

“İşğalçı ölkə bu siyasətinə son qoymaq əvəzinə, yeni təxribatlar törədirsə, hansı sülhdən söhbət gedə bilər?”

Yenicag.az xəbər verir ki, bu fikirləri işğalçı Ermənistanın ötən gün Tovuz rayonu istiqamətində növbəti təxribata əl atmaqla, sülh niyyətində olmadığını göstərdiyini vurğulayan Azərbaycan Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

AXDP sədrinin sözlərinə görə, Ermənistanın bu təxribatı İrəvanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha təsdiqləyir:

“ATƏT-in Minsk qrupu artıq 28m ildən çoxdur yaradılıb və bu qədər müddət ərzində aparılan danışıqlar heç bit nəticə verməyib.

Əvəzində nəyin şahidi oluruq? İşğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, başqa beynəlxalq təşkilatların qərar və tövsiyələrinə baxmayaraq, öz siyasətini dəyişmir. Bu azmış kimi, cəbhə xəttində zaman-zaman təxribatlara əl atır. Amma aydındır ki, vəziyyət sonsuza qədər belə davam edə bilməz.

Doğrudur, Azərbaycan Ordusu Aprel döyüşlərində göstərdiyi şücaəti dünən də təkrarlayaraq, Tovuzda düşmənin layiqli cavabını verdi. Ancaq hesab edirəm ki, Ermənistanı bu siyasətdən imtinaya məcbur etmək üçün daha təsirli addımlar atılmalıdır. Ermənistan son təxribatı ilə

Azərbaycan münaqişənin sdülh yolu ilə həll olunmasını istəyir. Lakin İşğalçı ölkə bu siyasətinə son qoymaq əvəzinə, yeni təxribatlar törədirsə, hansı sülhdən söhbət gedə bilər? Ermənistan bir daha göstərdi ki, onunla ancaq güc dilində danışılmalıdır. Əks halda, heç nə dəyişməyəcək”.

Aqil Bəkir

www.yenicag.az

1104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv