Ermənistan bu tarixdə KTMT-dən çıxacaq

media-hightechnic-468x90

Ermənistanın baş naziri Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında KTMT-dən çıxacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı.

Və bundan əvvəl də aylardır müxtəlif hökumət nümayəndələri KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.

2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb.

KTMT nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı biri iki il ərzində üzvlük haqqını və büdcədə nəzərdə tutulan xərcləri ödəməzsə, o zaman həmin dövlətin strukturda qalmasının məqsədəuyğunluğu müzakirə edilir.

Onu da deyək ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür: onun yarısını Rusiya ödəyir, qalan 50% isə digər 5 iştirakçı arasında bərabər bölünür./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05