!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan dalanda: "Bu, İrəvan üçün daha acınacaqlı nəticələrə gətirib çıxaracaq" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçıracağı təqdirdə dalan ölkə olaraq qalacaq”.

Bunu Ermənistan-Azərbaycan münasibətləri fonunda yaxın perspektivdə baş verə biləcək hadisələri şərh edən Milli Məclisin Deputatı Cavid Osmanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi qələbə qazandı:

“Regionda sülhün təmin olunması üçün Ermənistana müqavilə imzalaması təklif oldundu. Azərbaycan iki ildir ki, məsələ ilə bağlı siyasi iradəsini nümayiş etdirir. Münasibətlərin normallaşması üçün beş maddəli təklif irəli sürülüb. Azərbaycan istər Brüsseldə, istər Rusiyada keçirilən görüşdə diplomatik uğur qazanıb. Döyüş meydanında qazandığımız qələbəni siyasi-diplomatik müstəvidə möhkəmləndiririk.

Ermənistan rəsmiləri sülh müqaviləsinin şərtlərini qəbul etdiyini bildirsədə, əməldə fərqli mövqe nümayiş etdirir. Brüsseldə keçirilən üç tərəfli görüşdə növbəti danışıqların keçirilməsi razılığına gəlinib. İndi Ermənistan Fransa olmadan Brüsseldə görüşə getməkdən imtina etməsi ilə əldə olunmuş razılığa qarşı çıxış edir.

İlham Əliyev ADA-da keçirilən forumda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində bir sıra mesaj verdi. Qeyd etdi ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçıracaqsa, bölgədə əmin-amanlıq olmayacaq. Bu, Ermənistan üçün daha acınacaqlı nəticələrə gətirib çıxacaq.

Azərbaycan siyasəti bu gün dünya tərəfindən qəbul olunur. Regional, qlobal məsələlərdə Azərbaycanın söz sahibinə çevrilməsi göz qarşısındadır. Ermənistan sülh müqaviləsini imzalamaqdan boyun qaçıracağı təqdirdə dalan ölkə olaraq qalacaq. Azərbaycana qarşı yönələcək erməni təxribatının qarşısı təsirli şəkildə alınacaq. Bir sözlə, Ermənistanın yeganə çıxış yolu sülh müqaviləsini imzalamaqdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv