!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan dilemma QARŞISINDA: “İrəvan sülh prosesini ləngitmək istəyir”

!Reklam – Yazi

“Ermənistanın mövqelərimizi atəşə tutması birbaşa sülh prosesini ləngitməyə xidmət edən addımlardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmaqla sülh prosesini ləngitməsi haqda danışan VI Çağırış Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Ermənistanın mövqelərimizi atəşə tutması sülh prosesini ləngitməsi deməkdir.

“Çünki Ermənistan hələ qəti mövqeyə gələ bilməyib. Burada söhbət təkcə Azərbaycan deyil, Türkiyə ilə münasibətlərin bərpasından gedir. Belə deyək, onlar “iki daşın arası”nda qalıb”, – deyə o qeyd edib.

F.Mustafa bildirib ki, bu cür təxribatlar da sülh prosesini uzatmaq üçün bir vasitədir.
“Çünki Ermənistan Naxçıvan, Kəlbəcər, Laçın üzərindən hər hansı atəş açarsa, Azərbaycanın on qat artıq cavab verəcəyini yaxşı bilir. Hazırda vəziyyət də ölkəmizin xeyrinədir. Hər hansı bir şəkildə Azərbaycan ərazilərinə qarşı bu addımı atmaq məntiqli görünmür.
Ermənistanın mövqelərimizi atəşə tutması birbaşa sülh prosesini ləngitməyə xidmət edən addımlardır. Bunu Ermənistanmı yoxsa onun içindəki hakimiyyətə qarşı olan qüvvələrmi edir, bu aydınlaşdırılmalıdır. Hər halda, silahlı qüvvələr hökümətin nəzarətindədir. Hökümətin xəbəri olmadan bu cür davranışın sərgilənməsi mümkün deyil. Ona görə də Ermənistanın öz seçimində sülh müqaviləsinə münasibətlə əlaqədar ciddi davranmadığının göstəricisidir”, – deyə o yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv