Ermənistan prezidenti sülh üçün əsas şərti açıqladı

media-hightechnic-468x90

Sülh sadəcə müharibənin olmaması demək deyil. Sülh dialoqu, ədaləti, insan haqlarını və ləyaqətini təşviq etmək üçün davamlı səylər tələb edir. Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistanda “Sülh və inam: sabit gələcək naminə birliyin məqsədləri” adlı plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT Nizamnaməsini və beynəlxalq hüququn prinsiplərini rəhbər tutan Ermənistan hökuməti Cənubi Qafqazda sülhü təmin etmək əzmindədir. “Bildiyiniz kimi, bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iki ölkə arasında sülh sazişini parafladılar. Həmin gün Ermənistan, Azərbaycan və Amerika Birləşmiş Ştatları liderləri şahid qismində regional nəqliyyat əlaqələrinin tam açılmasına imkan verəcək Birgə Bəyannamə imzalayıblar. “Dünyanın kəsişməsi” təşəbbüsünün və onun tərkib hissəsi olan TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi iqtisadi inkişafa, xalqlar arasında dialoq və təmaslara, qarşılıqlı etimadın, sabitliyin və rifahın möhkəmləndirilməsinə kömək edəcək. Bu tarixi nailiyyət əminlik yaradır ki, biz Cənubi Qafqazda davamlı sülh, firavanlıq, təhlükəsizlik və iqtisadi əməkdaşlıqda yeni səhifə açırıq. Biz sülhün təşviqində beynəlxalq tərəfdaşlarımızın dəstəyinə ümid edirik”, – deyə Xaçaturyan bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa