!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan referenduma gedə bilər: Konstitusiyada dəyişiklik TƏLƏBİ – İşğalçılıq meylləri aradan qaldırılacaq?

!Reklam – Yazi

 

“Hazırda Ermənistandakı siyasi-ictimai durum çox acınacaqlı vəziyyətdədir və biz Ermənistanda baş verən prosesləri maraqla izləyirik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Siyasi təhlilçi Azərbaycan XİN tərəfindən sülh sazişinin imzalanması ilə bağlı Ermənistana konstitusiyanın dəyişdirilməsi ilə bağlı verilən təkliflərdən söz açıb.

S. Kərimliyə görə, Azərbaycanın Ermənistanın konstitusiyasını dəyişməsi tələbi çıxış etməsi haqlı bir tələbdir:

“Çünki Ermənistan dövləti SSRİ dağıldıqdan sonra daim qonşularına, xüsusilə də Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib, işğalçılıq meylləri ilə Ermənistan dövləti uzun illər idarə olunub. Bu gün Ermənistanın konstitusiyası və dövlət atributlarında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Eyni zamanda, Azərbaycanın tarixi və suveren əraziləri olan Qarabağa da onların iddiaları mövcuddur. Buna görə də Ermənistanla sülh müqavilə imzalanması üçün nəyin bahasına olursa-olsun, Ermənistan konstitusiyasına dəyişiklik etməlidir”.

Həmsöhbətimiz hesab edir ki, qarşıda bunu etmək üçün bir xeyli vaxt var:

“Hətta payıza qədər Ermənistanda referendum təyin edilə və referendum nəticəsində xalq seçkiyə gedərək, sözügedən məsələyə öz münasibətini bildirib İrəvanın işğalçılıq meyllərini aradan qaldıra bilər. Təbiidir ki, bu gün Ermənistanda baş verən iğtişaşlar nəticəsində meydanlara çıxan revanşist-separatçı qüvvələrin ölkədəki ictimai asayişi pozmaq cəhdləri var”.

“Lakin müəyyən qədər nikbin formada demək olar ki, bu gün sözügedən etiraz aksiyalarının iştirakçıları və təşkilatçıları erməni xalqından dəstək ala bilmirlər. Yəni erməni xalqının böyük əksəriyyəti həmin aksiyaları dəstəkləmir və küçələrə çıxmır. Bu isə o deməkdir ki, xalq müharibə yox, sülh istəyir və Nikol Paşinyan hakimiyyətini müəyyən qədər də olsa, dəstəkləyir. Eləcə də erməni xalqı öz gələcəyini qonşularla sülh və mehriban şəraitində qurmaq istəyir.

Fikrimcə, əgər həqiqətən də Paşinyan hakimiyyəti yaxın aylarda referendum təyin edib, konstitusiyaya dəyişiklik etsələr, erməni xalqı bu məsələyə müsbət rəy verəcək və öz iradəsini nümayiş etdirərək, nəhayət, konstitusiyadakı işğalçılıq meyllərinin aradan qaldırılmasına nail olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv