!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan silahlandırılır: Azərbaycana qarşı mümkün TƏHLÜKƏ – “Müharibə yalnız bu halda baş verə bilər”

!Reklam – Yazi

“Ermənistanın Azərbaycanla yenidən müharibəyə cəhd etməsi yalnız bir halda baş verə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın silahlandırılmasının Azərbaycana qarşı mümkün təhlükələrindən danışan politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan arasında bir çox ərazilərdə sərhəd müəyyənləşib, bir sıra məsələlər üzrə razılaşmalar əldə olunub.

“Buna baxmayaraq əgər hansısa radikal qüvvələr Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini devirsə, bəlkə də münasibətlər yenidən gərginləşər. Lakin Paşinyan hakimiyyətdə olduğu müddətcə bu ehtimal çox zəifdir.

Əgər Paşinyanın devrilməsi ssenarisini ehtimal etsək, yeni gələn ağlı başında olan şəxs yenidən müharibəyə cəhd etməz. Çünki Vətən savaşında nələrlə qarşılaşdıqlarını, nə qədər itkilərinin olduğunu, ən əsas isə Azərbaycanın yenilməz gücünü gördülər. Müharibəyə yenidən cəhd isə Ermənistanın ərazi itirməsi, Azərbaycanın tarixi torpaqlarını geri qaytarması ilə nəticələnəcək. Buna görə isə artıq bizi heç kəs ittiham edə bilməz”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv