!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan terror aktı ƏRƏFƏSİNDƏ: “Etirazçılar münaqişənin bitməsini istəmirlər”

!Reklam – Yazi

“Ermənistan terror aktı ərəfəsindədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən prosesləri şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistandakı etirazçılar münaqişənin bitməsini istəmirlər.

“Əgər hər şey təbii axarında getsə, heç bir gözlənilməz hadisə, kənardan müdaxilə olmazsa, erməni xalqı münaqişədən, müharibədən doyub, “Böyük Ermənistan” nağıllarına inanmaq istəmir, istəyir ki, Türkiyə və Azərbaycanla münasibətlər tənzimlənsin”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, müəyyən xarici qüvvələr və 30 il münaqişə dövründə erməni xalqını soyan, oğrular, quldurlar müharibənin sona yetməsini istəmirlər:

“Ona görə də, çalışırlar ki, Paşinyanı devirsinlər və hakimiyyəti yenidən ələ keçirsinlər.

Ermənistanda hansı tərəf qalib gələcək, bilinmir. Çevriliş, terror aktı baş verə bilər. Ermənistan terror aktı ərəfəsindədir. Çünki Paşinyan qalib gəldi, keçmiş iqtidar nümayəndələrinin və Rusiyanın əlində tək qalan şey terror aktı törətməkdir”.

Səxavət Məmməd

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv