!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”

!Reklam – Yazi

“Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Sülh gündəliyinin bütün komponentləri – birincisi Ermənistan-Azərbaycan sülh müqaviləsi, ikincisi sərhədlərin delimitasiyası, üçüncüsü də nəqliyyat xətlərinin açılması məsələləri üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb. Bunun günahkarı Ermənistan tərəfidir. Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi. Amma bu öhdəlikləri yerinə yetirməyib və hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”, – o vurğulayıb.

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv