Ermənistana beynəlxalq qurumlardan ÇAĞIRIŞ – Keşişləri AZAD EDİN

media-hightechnic-468x90

“Christian Solidarity International” (CSI) hüquq müdafiə təşkilatı və dini azadlıqları müdafiə edən digər qurumlar Ermənistan hökumətinə müraciət edərək, Ermənistan Apostol Kilsəsinə qarşı aparılan təqiblərə son qoyulmasını tələb ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Müraciətdə qeyd olunur ki, son həftələr ərzində yüksək rütbəli din xadimlərinin və Kilsənin tanınmış tərəfdarlarının qanunsuz həbsinə, onların əmlakının müsadirəsinə və polis zorakılıqlarına şahidlik edilir. Polis müdaxiləsi, o cümlədən Ermənistan Apostol Kilsəsinin dini mərkəzi olan Eçmiadzindəki Ana Kilsəsində baş verib. Həbs olunanlar arasında arxiyepiskop Mikael Ajapahyan, Baqrat Qalstanyan və iş adamı Samvel Karapetyan da var.

Müraciətdə həmçinin bildirilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Katolikosun vəzifəsindən uzaqlaşdırılması və hökumətin nəzarət etdiyi komissiya tərəfindən yeni Katolikosun seçilməsi çağırışı edib. Bu isə ölkənin Konstitusiyasının 17-ci maddəsinə, yəni dövlət və kilsənin ayrılma prinsipinə ziddir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600