!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistana sonuncu XƏBƏRDARLIQ: “Lukaşenko Putinin düşüncələrini səsləndirdi”

!Reklam – Yazi

“Ermənistan KTMT-dən çıxmağı reallaşdırarsa, MDB və Avrasiya İqtisadi Birliyində qalması mümkünsüz olacaq”

Bunu Yenicag.az-a açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenkonun “erməni kimə lazımdır?” sözlərinin hansı mesajı ehtiva etdiyi ilə bağlı fikirlərini səsləndirən politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Lukaşenko illər öncə də oxşar bəyanat səsləndirərək, Ermənistanın Rusiya-Belarus ittifaqına girməkdən başqa yolu yoxdur deyib.

“Həqiqətən də Ermənistan öz potensialına görə heç kimə lazım deyil. Ondan yalnız forpost kimi istifadə etmək olar. İndiyə qədər Rusiya, indidən sonra isə Cənubi Qafqaza gəlmək üçün Qərb istifadə etməyə çalışır. Əgər Ermənistan bu xətti tutmaqda davam edib KTMT-dən çıxmağı reallaşdırarsa, MDB və Avrasiya İqtisadi Birliyində (AİB) qalması mümkünsüz olacaq”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Ermənistan özünə faydalı olan qurumlarda qalıb istifadə edəcəyini, digər qurumlardan isə Qərbin maraqları üçün imtina edə biləcəyini sanır.

“Ancaq buna nə Rusiya, nə də Belarus imkan verməyəcək. İrəvanın MDB və AİB-dən çıxması üçün zəruri addımlar atacaqlar.

İrəvan artıq bir ildən çoxdur ki, Kreml ilə üzülüşmək və Qərbə istiqamət xəttini əsas götürüb. Eyni zamanda, geri dönüşü olan bütün körpüləri yandırıb. Növbəti addım isə KTMT-dən çıxmaq olacaq. Ukraynada vəziyyət sabitləşəndən sonra Rusiyanın Ermənistanla ciddi məşğul olacağı şübhəsizdir. Lukaşenko növbəti dəfə Putinin düşüncələrini səsləndirdi. Bu, Ermənistana sonuncu xəbərdarlıq idi”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv