Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Armen Sarkisyana müdafiə naziri vəzifəsinə Arşak Karapetyanın təyin olunmasını təklif edib.
Yenicag.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Arşak Karapetyanın müdafiə naziri təyin edilməsi ilə bağlı sərəncam verilib.
Qeyd edək ki, Arşak Karapetyan avqustun 2-də Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad olunub.
Bundan əlavə Paşinyan ərazi inkişaf və infrastruktur naziri səlahiyyətlərini icra edən Suren Papikyanın Baş nazirin müavini vəzifəsinə, Romanos Petrosyanını isə ətraf mühitin mühafizəsi naziri təyin olunmasını təklif edib.