!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda benzin dolu sisternlər yanır - VİDEO

!Reklam – Yazi

Ermənistanın şimalında Lori vilayətində Tumanyan dəmiryol vağzalında benzin dolu sisternlər yanır.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, yanan 50 tonluq 2 sisterndir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Yanğının başqa sisternlərə də keçmək təhlükəsi olduğu bildirilir.

Dəmiryol idarəsinin yaydığı məlumata görə, xətdə ümumilikdə 29 vaqon var ki, onlardan 17-si benzinlə doludur. 4-də taxıl, 1-də isə alüminium tikinti materialı var. Qalan vaqonların boş olduğu qeyd edilir.

Yanğının hansı səbəbdən başlaması hələ məlum deyil.

Qatar Ermənistanın Baqrataşen şəhərindən Gümrüyə doğru hərəkət edirmiş.

Hadisə lokomotivin relsdən çıxması nəticəsində baş verib. Qəza yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

www.yenicag.az

4153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv