Reklam

Reklam

donuz55_qripiİrəvanda “donuz qripi”ndən daha iki nəfər ölüb.

Bunu Ermənistan Səhiyyə Nazirliyinin rəsmisi Anait Arutyunyan deyib. Onun sözlərinə görə, ölənlərdən biri 10 gün əvvəl müraciət edib. Həkimlərin müdaxiləsinə baxmayarq onun həyatını xilas etmək mümkün olmayıb. Eyni zamanda Surb tibb mərkəzində bu virusa yoluxan və süni tənəffüs aparatına qoşulan 50 yaşlı Rafik Vardanyan da həyatını itirib.

Qeyd edək ki, sonuncu dəfə Ermənistanda Syünik vilayətinin Vaqatun kəndindən gətirilən 10 aylıq Nelli Ovsepyan bu virusdan ölüb. Bununla da Ermənistanda bu virusdan ölənlərin sayı 10-a çatıb.

Xatırladaq ki, Ermənistanda virusa 170 nəfərin yoluxduğu təsdiqlənib. Bundan öncə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan bildirib ki, ölkə xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."