Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanda koronavirusdan ölənlərin sayı 870-i ötdü

Ermənistanda son sutka ərzində daha 175 nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 626-ya yüksəlib.

Ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 872-yə çatıb. İndiyədək 37 563 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 925 aktiv koronavirus xəstəsi var.

www.yenicag.az

279