!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda müxalifət yeni etirazlara hazırlaşır – Cənubi Qafqazda gərginlik riski artır

!Reklam – Yazi

“Ermənistanda müxalifətin bu cür etirazlara hazırlaşması, vəziyyətin gərginləşdirmək üçün atılan addımlar, ilk növbədə, bölgəmizdə sülh və təhlükəsizlik üçün ciddi zərbədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O, Ermənistan müxalifətinin oktyabrın 2-də genişmiqyaslı etiraz aksiyalarına başlayacağı ilə yayılan informasiyalara münasibət bildirib.

Qeyd edək ki, Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan (Baqrat Srbazan) tərəfdarları ilə görüşündə oktyabrın 2-dən etibarən aktiv mübarizənin bərpa olunacağını və İrəvanım Respublika meydanında mitinq keçirəcəyini bəyan edib.

S. Kərimli diqqətə çatdırıb ki, bu gün həm Ermənistanın siyasi rəhbərliyi, həm də bu ölkənin ictimai-siyasi arenasında müxtəlif radikal qüvvələrin baş qaldırması, eyni zamanda da müxalifətin bu cür etiraz aksiyaları keçirərək separatçılıq və işğalçılıq meyllərini önə çəkməsi bölgəmiz üçün çox böyük təhlükələr vəd edir:

“Yenə görürük ki, bu gün həm Ermənistan rəhbərliyi, həm də müxalifəti Cənubi Qafqaz üçün ən böyük təhdidlərdən biridir. Ümumiyyətlə, Ermənistan dövləti işğalçılıq siyasəti əsasında öz xarici siyasətini qurub və uzun illər Cənubi Qafqazda, terrorçuluq, separatizm və işğalçılığı tərənnüm edən siyasət həyata keçirib. Bu da Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında saxlanmasına səbəb olub, Azərbaycan xalqına qarşı kütləvi soyqırımı və müharibə cinayətləri törədilməsinə gətirib çıxarıb”.

“Nəhayət, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsi çərçivəsində öz ərazi bütövlüyü və suverenliyini təmin edib, eləcə də terrorizm və separatçılığı tarixi torpaqlarımızdan birdəfəlik silib atıb. Amma təəssüf ki, bu gün Ermənistan dövləti və ictimaiyyətinin bir hissəsi, xüsusilə də erməni müxalifəti radikal mövqe nümayiş etdirir, Azərbaycanla sülh imzalamaqdan boyun qaçırır, prosesdə müxtəlif bəhanələr uyduraraq dünya ictimaiyyətini çaşdırmaq istəyir. Halbuki Azərbaycanın haqlı tələbləri var ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksin. Lakin, təəssüf ki, biz bu gün Ermənistanın sözügedən meyllərdən əl çəkməsinin şahidi olmuruq”, – o, əlavə edib.

Siyasi ekspertin fikrincə, qarşıdakı dövrlərdə vəziyyət daha da gərginləşə bilər:

“Çünki Ermənistan müxalifətinin bu cür kütləvi etiraz aksiyalarına hazırlaşması, bununla bağlı elanlar verib bəyanatlar səsləndirməsi, düşünürəm ki, Nikol Paşinyanın ikili siyasi oyunlar oynamasının göstəricisi ola bilər. Çünki Paşinyan da bu gün dalana dirənib və Azərbaycanın haqlı və ədalətli tələbləri qarşısında çıxılmaz vəziyyətdədir. Paşinyan bundan istifadə edə bilər və müxalifəti ayağa qaldırıb gizli şəkildə onları təşkilatlandıraraq yeni etiraz aksiyaları keçirməyə sövq etmək, təbii ki, Baş nazirin siyasətinin bir hissəsi ola bilər”.

Mütəxəssis vurğulayıb ki, burada Rusiya amilini də unutmaq olmaz:

“Çünki Moskva asanlıqla İrəvandan əl çəkmir və Cənubi Qafqazda istinad nöqtəsi kimi Ermənistanı əlində saxlamağa çalışır. Bu baxımdan, Rusiyanın Ermənistan hakimiyyətinə qarşı müxalif qrupları ayağa qaldırıb Paşinyana təzyiqlər göstərə bilər. Ümumilikdə isə baş verən hadisələrin səbəblərindən asılı olmayaraq, vəziyyət heç də ürəkaçan deyil. Çünki Ermənistanda bu cür mənfi və radikal meyllərin artması bölgəmiz üçün çox böyük təhlükələr vəd edir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv