Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlandı
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası Ermənistanda keçirilən seçkilərdə qalib gələrək hökuməti təkbaşına formalaşdıracaq.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrində bildirilir.
Belə ki, “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,7456 faizini, “Güclü Ermənistan” bloku 23,271 faizini, “Ermənistan” bloku isə 9,9231 faizini qazanıb.
“Çiçəklənən Ermənistan” Partiyası isə səslərin 3,9893 faizini toplayaraq müəyyən edilmiş minimal keçid həddini aşa bilməyib.













