3×3 basketbol millilərimiz Priştinada yarımfinal matçına çıxır

media-hightechnic-468x90

Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət 3×3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunun seçmə mərhələsində bu gün yarımfinal oyununa çıxacaqlar.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, qadınlardan ibarət yığma Kosovo ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Kişilərdən ibarət komanda isə Kiprlə qarşılaşacaq. Bu görüşə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, kişilərdən ibarət kollektiv qrup mərhələsində Malta (18:16) və San Marinonu (21:20) məğlub edib, Albaniyaya isə uduzub (20:21). Qadınlardan ibarət yığma isə Kipr (16:10) və Maltadan (15:14) güclü olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05